İsrail mediası: Oktyabrın 7-dən bu yana 1000-ə yaxın əsgər yaralanıb

İsrail mediası: Oktyabrın 7-dən bu yana 1000-ə yaxın əsgər yaralanıb
Dünya 28 Noyabr 2023 16:28

Oktyabrın 7-dən indiyədək İsrail ordusunun 202-si ağır olmaqla 1000-ə yaxın əsgərinin yaralandığı bildirilir.

Sitat.info xəbər verir ki, Haaretz qəzeti İsraildəki xəstəxanaların yaralanan əsgərlərin sayı və vəziyyəti ilə bağlı məlumat verməsinin qarşısı alındığını bildirib.

Xəbərə görə, qəzet daha sonra İsrail ordusuna müraciət edərək oktyabrın 7-dən bu yana yaralanan əsgərlərin sayı barədə məlumat alıb.

Kənan

Sitat.info