Finlandiya Rusiya ilə 9 sərhəd qapısından 8-ni bağlayacaq

Finlandiya Rusiya ilə 9 sərhəd qapısından 8-ni bağlayacaq
Dünya 22 Noyabr 2023 22:52

Finlandiyanın baş naziri Petteri Orpo Rusiyadan qanunsuz keçidləri dayandırmaq üçün cümə günü gecə yarısından etibarən Rusiya ilə 9 sərhəd qapısından 8-ni bağlayacaqlarını açıqlayıb.

Sitat.info xəbər verir ki, Finlandiya Rusiyadan gələn qeyri-qanuni mühacir axını ilə mübarizə aparmaq üçün daha çox sərhəd qapılarını bağlamaq qərarına gəlib. Finlandiyanın Baş naziri Petteri Orpo açıqlamasında cümə günü gecə yarısından etibarən 9 sərhəd qapısından 8-ni bağlayacaqlarını açıqlayıb və yalnız şimaldakı Raja-Jooseppi Sərhəd Qapısının açıq qalacağını bildirib. 

Kənan

Sitat.info