Muxtar Babayevə yeni müşavir təyin edildi

Muxtar Babayevə yeni müşavir təyin edildi
Gündəm 17 Noyabr 2023 12:30

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə yeni müşavir təyin edilib.

Sitat.info xəbər verir ki, bu vəzifəni İlham Nəsirov icra edəcək.

Qeyd edək ki, İ.Nəsirov Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə başlamazdan əvvəl enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb.

ETSN-in mətbuat katibi İradə İbrahimova məlumatı təsdiq edib.