ÜST: Qəzzada 20 xəstəxana istifadəsiz qalıb

ÜST: Qəzzada 20 xəstəxana istifadəsiz qalıb
Gündəm 10 Noyabr 2023 18:08

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, Qəzzada 20 xəstəxana istifadəsizdir, digərləri qismən fəaliyyət göstərir. Şifa xəstəxanasının ətrafında sıxlıq yaşanır.

Sitat.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Əl-Şifa xəstəxanasının bombardman altında olduğunu bildirib və əlavə edib ki, Qəzzada 20 xəstəxana artıq tamamilə fəaliyyət göstərmir.

ÜST sözçüsü Marqaret Harris Qəzza Səhiyyə Nazirliyinin İsrailin xəstəxana bağına hücum etdiyi iddiası ilə bağlı suala cavab olaraq deyib: "Əş-Şifa haqqında ətraflı məlumatım yoxdur, lakin onların bombardman edildiyini bilirik".

Seymur Bənnayev

Sitat.info