Belqoroda PUA hücumu edildi: ölənlər var

Belqoroda PUA hücumu edildi: ölənlər var
Gündəm 12 Oktyabr 2023 10:31

Rusiyanın Belqorod vilayətinə PUA hücumu edilib.

Sitat.info xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirdiyi PUA yaşayış evinə düşüb:

“3 nəfər həlak olub. Ölənlərdən biri uşaqdır. Yaralılar ağır vəziyyətdə reanimasiyaya yerləşdiriliblər. Həkimlər onların həyatlarını xilas etmək üçün hər şey edirlər”, - Qladkov bildirib.