Rais Rəsulzadənin son durumu açıqlandı

Rais Rəsulzadənin son durumu açıqlandı
Gündəm 03 Oktyabr 2023 12:16

Əməkdar rəssam Rəis Rəsulov (Rais Rəsulzadə) sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Sitat.info xəbər verir ki, Rais Rəsulzadə lazımı müayinələrdən keçirilib, müalicələri aparılıb.

Hazırda onun vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

Qeyd edək ki, R.Rəsulov Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.