Ukraynaya yardımı davam etdirməkdə qərarlıyıq - Kleverli

Ukraynaya yardımı davam etdirməkdə qərarlıyıq - Kleverli
Dünya 30 Sentyabr 2023 13:48

Ukraynanın müttəfiqləri ölkəyə yardımı dayandırsa, dünyada vəziyyət kəskin şəkildə pisləşəcək.

Sitat.info  xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.

Kleverli bildirib ki, məhz buna görə Kiyevə yardım göstərmək məsələsində Londonun mövqeyi qətidir:

“Biz bunu bütün beynəlxalq tərəfdaşlarımıza açıq şəkildə bildiririk. Bu çətin və ağrılıdır. Ancaq geri çəkilsək, vəziyyət bundan daha çətin və daha ağrılı olacaq”.