Zakir Həsənov MDB MN Şurasının iclasında - Foto

Zakir Həsənov MDB MN Şurasının iclasında - Foto
Gündəm 29 Sentyabr 2023 19:08

Sentyabrın 29-da Rusiya Federasiyasının Tula şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

Sitat.info xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.