Tanzaniyada tarlaları işğal edən 5 milyondan çox kuela quşu məhv edilib

Tanzaniyada tarlaları işğal edən 5 milyondan çox kuela quşu məhv edilib
Gündəm 26 Sentyabr 2023 19:24

Tanzaniyada 5 milyondan çox kuela quşu məhsula zərər vurduqları üçün məhv edilib.

 

Sitat.info xəbər verir ki, “The Tanzania Times” qəzetinin verdiyi məlumata görə, ölkənin Manyara bölgəsində 4 min dekar çəltik sahəsinə basqın edən 5 milyondan çox kuela quşu pilotsuz uçuş aparatları ilə dərmanlanaraq öldürülüb.

Dərmanlamanın təxminən 4 gün çəkdiyi və quşların hər gün təxminən 50 ton məhsula zərər vurmaq gücündə olduğu bildirilib.

Seymur Bənnayev

Sitat.info