Ukrayna Kim Çen İni qara siyahıya saldı
Şimali Koreya lideri Kim Çen İn Ukraynanın "Mirotvorets" (myrotvorets.center) bazasına daxil edilib.
Sitat.info xəbər verir ki, bu barədə saytdan məlumat verilib.
Şimali Koreya lideri nüvə şantajı, qeyri-qanuni raket və nüvə proqramlarının həyata keçirilməsi, kibercinayətlərdə ittiham olunur.
Kim Çen İn haqqında materiallar sayta sentyabrın 6-da daxil edilib.