İcra başçısı xanım müavinini işdən çıxardı

İcra başçısı xanım müavinini işdən çıxardı
Gündəm 08 Sentyabr 2023 10:00

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva işdən çıxarılıb.

Sitat.info xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov sərəncam imzalayıb.

T.Mustafayeva eyni zamanda İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdiri vəzifəsindən də azad olunub.