Blinken Kuleba ilə məzarlıqda görüşdü
Bu səhər Kiyevə səfər edən ABŞ dövlət katibi Entoni Blinken Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.
Sitat.info xəbər verir ki, bu barədə Dmitri Kuleba X səhifəsində paylaşım edib.
“Entoni Blinkeni Ukraynada salamladım. Dövlət katibi günə Kiyevdə, Berkovets məzarlığında başlayan ilk həmkarım oldu”, - Kuleba bildirib.