Erməni hərbçi yoldaşını güllələyib, intihar etdi

Erməni hərbçi yoldaşını güllələyib, intihar etdi
Gündəm 28 Avqust 2023 12:59

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin iki hərbçisi qeyri-müəyyən şəraitdə ölüb.

Sitat.info xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, avqustun 27-də hərbçilər Artem Haykazyan və Armen Xaçatryan ölümcül güllə yarası alıblar.

Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparıldığını bildirib.

***

Ermənistan MN iki erməni hərbçinin ölümü ilə bağlı təfərrüatı açıqlayıb.

Bildirilib ki, hərbçilərdən biri öncə digərini öldürüb, sonra isə intihar edib.