Hakan Fidan Zelenski ilə görüşdü

Hakan Fidan Zelenski ilə görüşdü
Dünya 25 Avqust 2023 16:47

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynada səfərdədir.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, H.Fidan səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Qeyd edək ki, Türkiyə XİN başçısının eyni zamanda ukraynalı həmkarı Dmitri Kuleba ilə də görüşü gözlənilir.