İtkin hesab edilən 60 nəfər tapıldı

İtkin hesab edilən 60 nəfər tapıldı
Gündəm 15 Avqust 2023 19:57

Havay adalarında yanğınlardan sonra itkin düşmüş hesab edilən 60 nəfər tapılıb.

Sitat.info xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Bildirilir ki, onlar bir evdə təhlükəsiz vəziyyətdə tapılıb.

Yüzlərlə insanın yeri barədə hələ də məlumat yoxdur.

Qeyd edək ki, Havayda avqustun 8-dən başlayan meşə yanğınlarında həyatını itirənlərin sayı 96 nəfərə çatıb.