Tripolidə fövqəladə vəziyyət elan edildi

Tripolidə fövqəladə vəziyyət elan edildi
Dünya 15 Avqust 2023 18:43

Liviya Milli Birlik Hökuməti paytaxt Tripolinin silahlı toqquşma baş verən ərazilərində fövqəladə vəziyyət rejimi tətbiq edir.

Sitat.info xəbər verir ki, bu barədə hökumət başçısının müavini Əhməd Bujina deyib.

"Biz toqquşmaların olduğu ərazilərdə fövqəladə vəziyyət elan edirik və tibb işçilərinin girişini təmin etmək üçün atəşkəsə çağırırıq", - deyə o bildirib.