Toni Radakin Ukraynaya gəldi

Toni Radakin Ukraynaya gəldi
Gündəm 12 Avqust 2023 19:21

Böyük Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakin Ukraynaya gəlib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı məlumat verib.

Zalujnı görüş zamanı Radakinə dəstəyinə görə təşəkkür edib.

Bundan əlavə, baş komandan admirali döyüş meydanında vəziyyət, Ukrayna ordusunun hücum və müdafiə əməliyyatları ilə ətraflı tanış edib.

//Axtar.az