Polşanı ayağa qaldıran bomba həyəcanı: 14 min insan təxliyə edildi
Polşada bir tikintidə İkinci Dünya Müharibəsindən qalma 250 kiloqramlıq bomba aşkar edilib. Bu səbəblə 14 min insan ərazidən təxliyə edilib.
Sitat.info xəbər verir ki, bomba Polşanın cənub-şərqində, Lublin şəhərində binanın bünövrəsini qazarkən tapılıb. Xəbərdarlıq üzərinə hadisə yerinə gələn bomba zərərsizləşdirilməsi mütəxəssisləri, sözügedən partlayıcı maddənin İkinci Dünya Müharibəsi dövrünə aid olduğunu təyin ediblər.