Sardiniya adasında meşə yanğını

Sardiniya adasında meşə yanğını
Dünya 07 Avqust 2023 11:48

Ötən gün İtaliyanın Sardiniya adasında meşə yanğını baş verib. Komandalar iki ayrı bölgədə meşə yanğınına müdaxilə edir.

Sitat.info xəbər verir ki, İtaliya yanğınsöndürmə idarəsindən verilən açıqlamada, adadakı Nuoro əyalətinin Posada və Kalyari şəhərinin şərqində meşə yanğınının baş verdiyi bildirilib.

Nuoroda yanğına 53 yanğınsöndürən və bir helikopterin müdaxilə etdiyi bildirilib.

Bildirilib ki, Kalyaridə baş verən yanğının yayılması səbəbindən bölgədəki bəzi düşərgə sahələri boşaldılıb.

Seymur Bənnayev

Sitat.info