Oğlunu itirən azərbaycanlı müğənninin səhhətində problem yarandı - VİDEO

Oğlunu itirən azərbaycanlı müğənninin səhhətində problem yarandı - VİDEO
Gündəm 26 Mart 2022 21:00

Müğənni İbrahim Borçalının səhhətində problem yaranıb.

BAKU.WS xəbər verir ki, bu haqda ifaçı aparıcı Vüsalə Əlizadənin "7 canlı" verilişidə iştirak edərkən deyib:

"Dörd dəfə böyrəyimdən daş çıxartmaq üçün əməliyyat etdirmişəm. Yenə də var, əməliyyat olunmalıyam. Sadəcə böyrəyim yaxşı işlədiyinə görə, daş istehsal edir. Şəkər xəstəliyini də tapdım. Dərddəndir. Dilimdə də uyuşma olur, amma həkimə getmirəm".

Ətraflı videoda: