Pekində güclü yağışlar 11 nəfərin həyatına son qoyub

Pekində güclü yağışlar 11 nəfərin həyatına son qoyub
Dünya 01 Avqust 2023 10:50

Çinin paytaxtı Pekində leysan yağışlar nəticəsində 11 nəfər həyatını itirib. İtkin düşən 27 nəfərin axtarışları davam edir.

Sitat.info xəbər verir ki, güclü yağışlar Çinin paytaxtı Pekinin bir çox bölgəsində həyata mənfi təsir göstərir.

Pekin Şəhər Administrasiyasından verilən açıqlamada, paytaxtın müxtəlif yerlərində axtarış-xilasetmə işlərində iştirak edən 2 nəfərin də olduğu 11 nəfərin həyatını itirdiyi, 27 nəfərin isə itkin düşdüyü bildirilib.

Seymur Bənnayev

Sitat.info