Moskvada eyni əraziyə növbəti dəfə dron hücumu oldu
Rusiyanın paytaxtı Moskvanın “Moskva Siti” biznes mərkəzinə dron hücumu olub.
Sitat.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Moskva meri Sergey Sobyanin bu məlumatı təsdiqləyib:
“Bir neçə dron Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Biri keçən dəfə olduğu kimi Sitinin eyni qülləsinə çatıb. 17-ci mərtəbədəki fasad zədələnib”.
Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.
Xatırladaq ki, iyulun 30-da "Moskva Siti"yə dron hücumu olmuşdu. Hadisə nəticəsində 1 nəfər yaralanmışdı.