Rusiyadan qisas: Doqquz fin diplomatını ölkədən çıxaracaq

Rusiyadan qisas: Doqquz fin diplomatını ölkədən çıxaracaq
Dünya 06 İyul 2023 15:08

Rusiya Xarici İşlər Nazirliyi 9 finlandiyalı diplomatın ölkədən çıxarılacağını açıqlayıb.

Sitat.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi cümə axşamı bildirib ki, Rusiyanın qonşusu və NATO-nun ən yeni üzvü Finlandiyadan 9 diplomatı açıq şəkildə ölkədən çıxaracaq.

Nazirlik Finlandiya səfirini Helsinkinin anti-Rusiya mövqeyinə görə çağırdığını bildirib.

Qeyd edək ki, Finlandiya ötən ay 9 rus diplomatını kəşfiyyat missiyalarında işləməkdə ittiham edərək ölkədən çıxardığını açıqlayıb.

Seymur Bənnayev

Sitat.info