Qanunsuz tikintilərin qarşısı alındı - Video

Qanunsuz tikintilərin qarşısı alındı - Video
Gündəm 05 İyul 2023 13:02

Abşeron, Masallı və Cəlilabadda qanunsuz tikintilərin qarşısı alınıb.

Sitat.info xəbər verir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Masallı rayonunun Qızılavar kəndində və Cəlilabad şəhərində heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.