Düşmən Naxçıvana atəş açdı, Ordumuz tədbir görür

Düşmən Naxçıvana atəş açdı, Ordumuz tədbir görür
Gündəm 16 İyun 2023 10:13

İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Sitat.info-ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib."Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür", - məlumatda qeyd olunub.