Ukrayna Baxmutda əsir düşən hərbçilərini azad etdi

Ukrayna Baxmutda əsir düşən hərbçilərini azad etdi
Dünya 25 May 2023 17:06

Ukrayna Baxmutda əsir düşmüş 106 hərbçisini azad edib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb.

“Onlar Baxmut uğrunda vuruşdular və düşmənin daha da irəliləməsinə imkan verməyən bir şücaət göstərdilər. Hər biri dövlətimizin qəhrəmanıdır. Geri qaytarılanların əksəriyyəti itkin düşmüş hesab edilənlərdir”, - Podolyak bildirib.

Geri qaytarılan hərbçilərdən 8-i zabitdir.