Ermənilər Laçında ekskavatoru atəşə tutdu - Foto

Ermənilər Laçında ekskavatoru atəşə tutdu - Foto
Gündəm 08 May 2023 10:38

Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub.

Bu barədə Sitat.info-ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.