Yaponiyada 6,3 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,3 bal gücündə zəlzələ baş verib
Dünya 05 May 2023 11:22

Yaponiyanın İşikava prefekturasında 6,3 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (YMA) məlumatına görə, İşikava sahillərində Noto yarımadasında 6,3 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla saat 14:42-də 10 kilometr dərinlikdə baş verən təkandan sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı olmayıb.

Şiddətli silkələnmə bütün sahilyanı İşikava ştatında, xüsusən də Vacima və Suzu şəhərlərində hiss olunub.

"NHK" Dövlət Televiziyasının məlumatına görə, zəlzələ Yaponiya dənizi (Şərq dənizi) sahillərindəki Niiqata, Toyama və Fukui şəhərlərində də hiss olunub.

Seymur Bənnayev

Sitat.info