Ukraynada itkin düşənlərin sayı açıqlandı

Ukraynada itkin düşənlərin sayı açıqlandı
Dünya 04 May 2023 09:15

Rusiya-Ukraynaya müharibəsi nəticəsində 23 760 ukraynalı vətəndaş itkin düşüb.

"Sitat.info" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Bütün lazımi tədbirlər görüldükdən sonra 31 330 nəfər barəsində axtarış elan edilib, onlardan 7 570 nəfəri tapılıb, qalanları isə xüsusi şəraitdə itkin düşmüş hesab olunur", - məlumatda qeyd olunub.