Kreml: “Qarabağla bağlı üçtərəfli bəyanatların alternativi yoxdur”
“Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur”.
Sitat.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov mayın 2-də jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür: “Əlbəttə, gərginliyin azaldılmasına töhfə verəcək istənilən addım alqışlanmalıdır, amma üçtərəfli sazişin alternativi yoxdur”./ Report