İranda kütləvi zəhərlənmə ilə bağlı saxlanılanlar var

İranda kütləvi zəhərlənmə ilə bağlı saxlanılanlar var
Gündəm 12 Aprel 2023 14:54

İranda daha çox qız məktəblərində baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə hadisələri ilə bağlı bəzi şəxslərin saxlanıldığı bildirilib.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Burucerd Qubernatorluğundan verilən açıqlamada, şəhərdəki məktəblərdə baş verən kütləvi zəhərlənmə hadisələri ilə əlaqəli olduğu təsbit edilən şəxslərin tutulduğu bildirilib:

“Bu çərçivədə məktəbləri bağlayan, təhlükəsizliyi və şagirdlərin təhlükəsizliyini pozan şəxslər aşkar edilərək saxlanılıb”.

Bəyanatda neçə nəfərin saxlandığı dəqiqləşdirilməsə də, kütləvi zəhərlənmə hallarının səbəbkarlarının ciddi şəkildə cəzalandırılacağı qeyd edilib.