Rusiyanın aviazərbəsi nəticəsində deputat həlak olub

Rusiyanın aviazərbəsi nəticəsində deputat həlak olub
Gündəm 11 Mart 2022 17:30

Rusiya Silahlı Qüvvələrinin Xarkovun Milova kəndinə endirdiyi hava zərbələri nəticəsində Balakleya Şəhər Şurasının deputatı Marina Osipenko həlak olub.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə siyasətçi Yuliya Svetliçnayanın “Birgə” blokunun feysbuk səhifəsində məlumat verilib.

Bildirilib ki, deputatın nəşi bombardman nəticəsində dağılan evlərin birində tapılıb.