“20 Yanvar” metrosu yaxınlığındakı məhəllə “dava meydanı”na çevrilib? - VİDEO

“20 Yanvar” metrosu yaxınlığındakı məhəllə “dava meydanı”na çevrilib? - VİDEO
Gündəm 18 Mart 2023 14:46

"20 Yanvar" metro stansiyasının yaxınlığında yaşayan sakinlər mütəmadi səs-küydən, dava-dalaşdan şikayət edirlər. 

Sitat.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.

Videoda iddia edilir ki, “20 Yanvar” dairəsi yaxınlığında yerləşən binaların məhəllələri nəzarətsiz qalıb:

“Kimin nə problemi varsa, bu məhəllədə həll edir. Bağçanın həyətidir. Gecə saat 2-3 oldu, burada qrup kimi toplaşıb başlayırlar. Söyüş söyürlər, mübahisə edirlər. Nəzarət yoxdur buralara”.