Almaniya Rusiyadan neft alışını tam dayandırdı

Almaniya Rusiyadan neft alışını tam dayandırdı
Dünya 13 Mart 2023 14:34

Almaniya artıq Rusiyadan neft almır.

Sitat.info xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvarında Almaniya Rusiyadan cəmi 3500 ton neft alıb. Halbuki ötən ilin analoji dövrü ilə müqayisədə bu rəqəm 2.8 milyon ton təşkil edirdi.