Çində prezident seçkilərinin qalibi bəlli oldu - FOTO

Çində prezident seçkilərinin qalibi bəlli oldu - FOTO
Dünya 10 Mart 2023 10:31

Çin lideri Si Cinpin Ümumçin Xalq Nümayəndələri Konqresində yenidən prezident seçilib.

Sitat.info-nun məlumatına görə, Pekində keçirilən Çin Ümumçin Xalq Nümayəndələri Konqresinin (UXK) 14-cü dövrünün 1-ci Baş Assambleyasında yeganə namizəd olan Si, nümayəndələrin yekdil səsi ilə üçüncü dəfə prezident seçilib.

Qurultayda Han Cing vitse-prezident, Cao Lici isə parlamentin spikeri seçilib.

Xi, Cao və Han and içərək vəzifələrinə başlayıblar.

2013 və 2018-ci illərdə iki dəfə prezident seçilən və 10 il bu vəzifədə olan Si 5 illik müddətə yenidən seçilərək Çin Xalq Respublikasının tarixində üçüncü dəfə prezident postunu tutan ilk şəxs olub.

O, həmçinin ordunun başında baş komandan vəzifəsini qoruyaraq yenidən Mərkəzi Hərbi Komissiyanın sədri seçilib.