Türkiyədə yenidən ZƏLZƏLƏ OLDU
Türkiyənin Kayseri şəhərinin Hacılar rayonunda 4,8 maqnitudalı zəlzələ olub.
Sitat.info xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.