AEBA direktoru İrana gedib

AEBA direktoru İrana gedib
Dünya 03 Mart 2023 15:05

Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi İrana gedib.

Sitat.info xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

O, artıq Tehrandadır. R.Qrossini İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Behruz Kamalvəndi qarşılayıb.

AEBA direktorunun İranda bir sıra rəsmi görüşlər keçirəcəyi gözlənilir.