XİN: "Türkiyədə zəlzələ bölgəsində olan bir çox Azərbaycan vətəndaşının yeri müəyyənləşdirilib"

XİN: \"Türkiyədə zəlzələ bölgəsində olan bir çox Azərbaycan vətəndaşının yeri müəyyənləşdirilib\"
Gündəm 17 Fevral 2023 17:38

Türkiyədə bir çox Azərbaycan vətəndaşlarının olduğu yer müəyyən edilib və onlarla əlaqə saxlanıb.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qaynar xətt nömrələrinə daxil olmuş minlərlə müraciət araşdırılıb, haqqında xəbər alına bilməyən Azərbaycan vətəndaşlarının siyahısı hazırlanaraq, onlar haqqında məlumat əldə etmək məqsədilə, Türkiyənin aidiyyəti qurumları ilə birgə müvafiq iş aparılıb. Nəticədə bir çox Azərbaycan vətəndaşlarının olduğu yer müəyyən edilib və onlarla əlaqə saxlanıb. Hazırda 2 nəfər Azərbaycan vətəndaşı haqqında məlumat yoxdur, onların axtarışları davam etdirilir.