“YAŞAT” Fondu Vətən müharibəsi şəhidinin ailəsinin borcunu bağlayıb

“YAŞAT” Fondu Vətən müharibəsi şəhidinin ailəsinin borcunu bağlayıb
Gündəm 17 Fevral 2023 15:56

“YAŞAT” Fondu Vətən müharibəsi şəhidinin ailəsinin borcunu bağlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsinə yollanan, Ağdərədə şəhidlik zirvəsinə ucalan, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Atiq İbrahimovun ailəsinin məişət şəraiti “YAŞAT” Fondu tərəfindən yaxşılaşdırılıb və borc öhdəlikləri qarşılanıb.