Səlcuk Bayraktar Kahramanmaraşda Azərbaycan xilasedicilərinə təşəkkür edib

Səlcuk Bayraktar Kahramanmaraşda Azərbaycan xilasedicilərinə təşəkkür edib
Gündəm 13 Fevral 2023 13:23

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Kahramanmaraşda Azərbaycan xilasedicilərinə təşəkkür edib.

Sitat.info-nun xəbərinə görə, o, Kahramanmaraşda axtarış-xilasetmə işlərində iştirak edən FHN-in xilasedicilərinə yaxınlaşıb.

"Dualarımız sizinlədir, Allah razı olsun! Zəlzələ bölgəsindən gəldim. Bütün millətimiz sizə dua edir", - Selcuq Bayraktar bildirib.