Yapon alimi zəlzələnin niyə bu qədər dağıntılara səbəb olduğunu açıqladı
Yapon zəlzələ mütəxəssisi Professor Şinji Toda Kahramanmaraş mərkəzli zəlzələlərin dünyada quruda baş verən ən böyük zəlzələlərd'n biri olduğunu bildirib.
Türkiyədəki yeraltı təkanların dünyada quruda baş verən ən böyük zəlzələlər arasında olduğunu ifadə edən Şinji, "Gözlənilməz dərəcədə böyük bir zəlzələ oldu" ifadəsini işlədib.
Şərqi Anadolu qırılma xəttinin Ərəbistan plitəsi ilə Anadolu plitəsi arasındakı sərhəddə yerləşdiyinə diqqət çəkən Şinji, "zəlzələnin gücü ilə yanaşı, episentrin yer səthinə yaxın olmasının da böyük ziyana səbəb olduğunu qeyd edib.
Shinji vurğulayıb ki, zəlzələnin "enerji miqdarı" "1995-ci ildəki Böyük Hanşin-Avaji zəlzələsindən və 2016-cı il Kumamoto zəlzələsindən on dəfə çox idi.
Nərgiz,
Sitat.info