Kəlbəcərdə yollar qardan təmizlənir - Video

Kəlbəcərdə yollar qardan təmizlənir - Video
Gündəm 07 Fevral 2023 15:46

Kəlbəcərdə müxtəlif təyinatlı yolların qardan təmizlənməsi işləri dayanmadan aparılır.

Bu barədə Sitat.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Kəlbəcər rayonunda müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün yolların qardan təmizlənməsi istiqamətində bir an belə fasilə olmadan işlər aparılır.