Azərbaycanda uşağı yeni doğulan ailələrə ŞAD XƏBƏR - 500 AZN oldu

Azərbaycanda uşağı yeni doğulan ailələrə ŞAD XƏBƏR - 500 AZN oldu
Gündəm 13 Yanvar 2023 10:44

Uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat təyin olunub.

Sitat.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.