Metroda halı pisləşən sərnişin öldü

Metroda halı pisləşən sərnişin öldü
Gündəm 10 Yanvar 2023 09:10

"20 Yanvar" stansiyasında 1 nəfərin halı pisləşib.

Bu barədə “Sitat.info”ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Bildirilib ki, təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb.

Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin bu dəqiqələrdə vəfat edib.