Ukraynada 7 rus PUA-sı vuruldu
Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko Rusiya ordusunun şəhərə "göndərdiyi" 7 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyini bildirib.
Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən 7 Rusiya PUA-nın havada məhv edildiyini vurğulayan Kliçko, vurulan aparatların hissələrinin Holosiv rayonundakı yaşayış binasına dəydiyini qeyd edib.
Evə ziyan dəydiyini açıqlayan mer bildirib ki, ölüm olmayıb.
Seymur,
Sitat.info