SON DƏQİQƏ! Nazirlər Kabineti Azərbaycanda karantin rejimi ilə bağlı QƏRAR VERDİ

SON DƏQİQƏ! Nazirlər Kabineti Azərbaycanda karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Gündəm 22 Dekabr 2022 20:25

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Sitat.info xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında bildirilib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 mart saat 06:00-dək uzadılıb.

Əvvəl bu müddət 1 yanvar 2023-cü ilədək nəzərdə tutulmuşdu.