Rusiyada yaşayış binasına raket düşdü: Ölən və yaralananlar var – VİDEO

Rusiyada yaşayış binasına raket düşdü: Ölən və yaralananlar var – VİDEO
Dünya 18 Dekabr 2022 21:25

Rusiyanın Belqorod şəhərində partlayış səsləri eşidilib.

Məlumata görə, yaşayış binalarından birinə raket düşüb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, insident nəticəsində 1 nəfər ölüb, ümumilikdə 8 nəfər yaralanıb.

Yaralıların xəstəxanaya aparıldığı vurğulanıb.