Ordumuz Ermənistan bölmələrinə atəş açmayıb - MN

Ordumuz Ermənistan bölmələrinə atəş açmayıb - MN
Gündəm 01 Dekabr 2022 09:35

Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 30-u saat 22:35-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd olunub.