Zelenski həyatı bahasına körpünü partladan istehkamçıya “Ukrayna qəhrəmanı” adı verdi

Zelenski həyatı bahasına körpünü partladan istehkamçıya “Ukrayna qəhrəmanı” adı verdi
Gündəm 26 Fevral 2022 19:02

Ukrayna Prezidenti Vladimir Zelenski istehkamçı Vitali Skakuna ölümündən sonra “Ukrayna qəhrəmanı” adı verib.

Musavat.com “oxu.az”a istinadən xəbər verir ki, sözügedən istehkamçı Kiyev yaxınlığındakı körpünü partlatması ilə bütün dünyada tanınıb.

O, həyatı bahasına körpünü partladaraq Rusiya tanklarının Kiyevə irəliləməsinə əngəl yaradıb.