Çörəyin içindən 2000 narkotik həb tapıldı – FOTO

Çörəyin içindən 2000 narkotik həb tapıldı – FOTO
Gündəm 16 Noyabr 2022 14:43

Meksikada ənənəvi çörəyin içərisində gizlədilmiş 2000 fentanil həbi tapılıb.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Meksika Milli Qvardiyası Sinaloa əyalətində narkotik kartellərinə qarşı əməliyyat keçirildiyini açıqlayıb.

Əməliyyatda ənənəvi çörəyin içinə gizlədilən narkotik maddə kimi istifadə edilən 2000 ədəd fentanil həbinin ələ keçirildiyi qeyd edilib.

Səlahiyyətlilər bildiriblər ki, narkotik kartelləri ənənəvi Meksika məhsullarını maskalamaqla narkotikləri çatdırmağa çalışırlar.